![]() |
||||
Uşaq Musiqi və İncəsənət Məktəbləri
|
1 may tarixdə C.Cabbarlı adına mədəniyyət evinin kollektivi 8 saylı orta məktəbdə Beynəlxalq Ailə Gününə həsr olunmuş “Gənclərin tərbiyəsində ailənin rolu” adlı disput keçirmişdir. Şəhər Mədəniyyət Evinin kollektivi 5 № li orta məktəbdə “Ömür var ki, sığmaz böyük dastana” adlı ədəbi-bədii kompozisiya keçirmişdir. Uşaq Kitabxana Klubda “Heydər Əliyev və Azərbaycan” adlı sərgi təşkil edilmiş, “Milli dövlətçiliyimizin memarı” adlı biblioqrafik xülasə verilmiş, “Azərbaycanın özü qədər əbədi” adlı biblioqrafik göstərici tərtib edilmiş, “Heydər adlı günəş sönməz” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Şəhər Mədəniyyət Evinin kollektivi 5 saylı orta məktəbdə “Ömür var ki, sığmaz böyük dastana” adlı ədəbi-bədii kompozisiya keçirmişdir. 2 may tarixdə Mikayıl Müşfiqin 100 illiyi münasibətilə Şəhər Mədəniyyət Evinin kollektivi 11 saylı orta məktəbdə tədbir keçirmişdir. C.Cabbarlı adına mədəniyyət evinin kollektivi 8 № li orta məktəbdə “Vətən oğlu” adlı ədəbi-bədii gecə keçirmişdir. Bülbül adına UİM-də “Nəsillərin əbədi sərvəti” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. S.Rüstəmov adına UİM-də “Heydər Əliyev Milli dövlətçiliyimizin banisidir” adlı ədəbi-kompozisiya keçirilmişdir. 3 may tarixdə “28 May” mədəniyyət evində Beynəlxalq Ailə Günü ilə əlaqədar “Ailənin cəmiyyətdə rolu” mövzusunda diskussiya keçirilmişdir. 3 May-Türk dünyasının həmrəylik günü münasibətilə kitabxanalarda “Türk dünyasının həmrəyliyi”, “El bir olsa dağ oynadar yerindən”, “Tarixin sınağından çıxmış müttəfiqlik”, “Milli birliyimiz, həmrəyliyimiz zəruridir”, “Yaşa Türküm, yaşa Turanım yaşa”, “Qanımız bir, canımız bir” adlı şeir dəqiqəsi, biblioqrafik xülasə keçirilmişdir. 4 № li şəhər klubunda “Ailə və cəmiyyət” mövzusunda mühazirə-konsert keçirilmişdir. Şəhər Mədəniyyət Evinin kollektivi Beynəlxalq Ailə Günü münasibətilə “Sağlam ailə-sağlam cəmiyyət” adlı diskussiya keçirmişdir.
“Poeziya” klubu mayın 9-da 888 saylı Hərbi Hissədə “Dədə Heydər” adlı ədəbi-bədii kompozisiya keçirmişdir.
C.Cabbarlı adına mədəniyyət evi Q.Qarayev adına musiqi məktəbi ilə birgə “Şərəfli ömür yolu” adlı ədəbi-bədii gecə keçirmişdir.
Sumqayıt Dövlət Rəsm Qalereyasında Əlil Qadınlar Cəmiyyətinin üzvü, I qrup əlil Aybəniz Nəsirovanın tətbiqi incəsənətin “Təkəlduz” üsulu ilə yaradılan əsərləri, Sumqayıtlı baş rəssam Vaqif Nəzərovun, 36 saylı məktəbin şagirdi Şaiq Rzayevin, 42 saylı məktəbin şagirdi Vüsal Seyidovun rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. 8 May Şuşanın işğalı günü ilə əlaqədar kitabxanalarda “Şuşa-musiqi dünyamızın beşiyi”, “Nisgilə çevrilən Şuşa”, “Şuşa qeyrət tacım, Laçın qalamdır”, “Şuşasız sinəsi dağlıyam”, “Ayaqlar altında tapdanan şəhər”, “Gözü yolda qalan Şuşam”, “Vətən köməyə çağırır”, “Şuşasız Azərbaycan yoxdur” adlı sərgilər təşkil olunmuş, biblioqrafik xülasələr verilmişdir. 9 May-Faşizm üzərində qələbə günü ilə əlaqədar kitabxanalarda “Bu qələbə xalqımızın da qələbəsi idi”, “Onlar vətən uğrunda vuruşmuşlar”, “Böyük Vətən müharibəsi və Azərbaycan”, “Şərəf və qəhrəmanlıq tarixi”, “Öyünməyə haqqı olanlar”, “Qəhrəmanlıq unudulmur” adlı sərgilər təşkil edilmiş, xülasələr verilmişdir. Vilvan restoranında S.Rüstəmov adına UİM-nin özfəaliyyət kollektivi 9 May Qələbə Günü münasibətilə veteranlar qarşısında konsert proqramı ilə çıxış etmişdir.
“Poeziya” klubu 888 saylı Hərbi Hissədə “Dədə Heydər” adlı ədəbi-bədii kompozisiya keçirmişdir.
11 may tarixdə C.Cabbarlıl adına mədəniyyət evində Rus icması ilə birgə “Xalq Heydər söyləyəcək” adlı ədəbi-bədii gecə keçirilmişdir. 12 may tarixdə Q.Qarayev adına uşaq musiqi məktəbində fortepiano şöbəsi valslar üzrə tematik konsert keçirilmişdir. F.Əmirov adına Uşaq Musiqi Məktəbində böyük yazıçı və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr edilmiş “El məhəbbətini qazanan insan” adlı xatirə gecəsi keçirilmişdir.
İnternet istifadəçilərinə! Hörmətli internet istifadəçiləri! Sumqayıt şəhər E-mail: sumqayit_dct@mail.ru Fax: (018) 642 02 95 Tel: (018) 642 02 95 (018) 642 33 00
| |||
|
||||
| c 2008, IREX / IATP Sumgait,Department of Culture and Tourism of Sumgait, Design by Sevinc Behmenli | ||||