Yan
9
Bölmə: Ədəbiyyat |
Heç vaxt sənə oxumayacağım şeir
Görüşdüyümüz bu parkın zeytun ağacları kimisən,
ilin dörd fəslində də öz rəngini dəyişməzsən.
Mənsə hər fəsil bir qız dəyişərəm.
Birinin boyu balaca olar,
birinin ailəsi kasıb,
biri gözəl olmaz, Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

62 oxunma |
Yan
9
Bölmə: Foto |
…Fotoqraf hər şeyi çəkə bilər. Əgər onun çəkdiyi nə olur olsun, hansı mövzuya müraciət edir etsin, əla alınırsa, zamanın sınağından çıxa biləcək bir əsərə çevrilirsə, bu fotokameranın deyil, fotoqrafın nailiyyətidir. Axı əsl foto ustasından yüksək peşəkarlıq, düşünülmüş incə iş, ilham və səbr tələb olunur…
Davamı…

Yazar:
Kənan Məcidov |
Göndər
|
Çap et
|

19 oxunma |
Yan
7
Bölmə: Ədəbiyyat |
Bayram günü yaradıcı dostlardan standart, “optovoy” mesajlar almayım deyə onları qabaqladım…
***
Xoşbəxtlik gəldi və mənə yağışla bağlı özünün yazdığı şeiri oxudu. Bundan sonra nə yazasan? Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

293 oxunma |
Yan
7
Bölmə: Ədəbiyyat |
a.eyvazova@yahoo.com
Hər birimizin bir oxlovu və bir də ilanı var: Hər dəfə bunlardan birini udmuş oluruq: Biz asılı olduqlarımız qarşısında ilanımızı, bizdən asılı olanlar qarşısında oxlovumuzu udmaq bacarığına və vərdişinə malikik. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

125 oxunma |
Yan
6
Bölmə: Ədəbiyyat |
FREDİ MERKURİ olmaq
Daş deyəndə ağlıma adamlar gəlir
səs deyəndə divarlar
yuxuda müzik çalıram
səhərə kimi
bir də qayıtmağı sevmirəm geriyə Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

74 oxunma |
Yan
4
Elxan Zalın kitabı üçün son söz yerinə yazılmış bir yazı
Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən bu yanakı çağdaş poeziyamızda Əlisəmid Kür şeirimizə gətirdiyi əsəbilik, Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası, Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu Ağsəs xəlqi modernizmi ilə yadda qalacaq. Əlbəttə, sadalanan keyfiyyətlər həmin yazarların yalnız bir keyfiyyətini ifadə edir, üstəgəl bu siyahını mövcud şairlərin sayı qədər böyütmək daha dolğun və ədalətli görünə bilər. Amma mən elə əlamətləri sadaladım ki, onların hamısına Elxan Zalın şeirlərində rast gəlinir. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

145 oxunma |
Yan
3
Şərif Ağayarın AYB-yə qayıtmaq məsələsi son günlərin ən geniş müzakirə olunan mövzusu oldu. Mən də mövqeyimi aydın şəkildə ortaya qoydum. Başqaları da müxtəlif arqument və səbəblərə söykənərək, öz fikirlərini bildirdilər. Bu mövzunu özümçün bağlanmış hesab etsəm də, Şərifin bir şərhi məni yenidən və son dəfə bu məsələyə qayıtmağa vadar etdi.
Şərif yazıb: “Zahir, admin müəllim, əlimin altında adam olmusan, sənə dablyu hərfini mən göstərmişəm. Bu soğan iyi verən arvadları üstümə salma! Sənə qayıdaram, özu də pis.” Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

493 oxunma |
Dek
31
Bölmə: Ədəbiyyat |
Onu kompüteri satdı. Daha doğrusu, kompüterdən yaxşı baş çıxarmamağı. Demə, bütün şəxsi məlumatları silməyibmiş. O, gedəndən sonra hamı bildi ki, (admin ağzıyırtıqlıq eləmişdi) Əli pornosayt ölüsüymüş. Hamı dalınca tüpürdü onun. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

260 oxunma |
Dek
30
Bölmə: Persona |
“O ancaq hamı satılandan, sındırılandan, onun kimi olandan sonra rahatlaşır”
Şair Vaqif Bayatlı Odərlə müsahibə
-Vaqif bəy, sizin üçün belə bir cəmiyyətdə, belə bir mühitdə yaşayaraq şair olmaq necə duyğudur?
-Bu suala şeirlərimdən birinin dörd bəndi daha dəqiq cavab verir:
Nədən burda xeyir də şər,
elə şər də bir təhərdi,
sinəmə dirənən güllə,
ya məni boğan qəhərdi? Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

214 oxunma |
Dek
29
Bölmə: Ədəbiyyat |
Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Balıq anasının bircəsi idi. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

107 oxunma |
Dek
27
Rəşad Məcid: “Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa, bütün istedadlı gəncləri Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”
Zahir Əzəmət: “Şərif Ağayar Azərbaycanın Türkmənistana çevrilməsinə səs vermiş oldu”
“Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa bütün istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi Rəşad Məcid bildirib. R. Məcid bir neçə il bundan əvvəl AYB-dən istefa verərək, Azad Yazarlar Ocağına (AYO) gedən yazar Şərif Ağayarın artıq geri qayıtdığını deyib. Onun sözlərinə görə, Ş. Ağayar yenidən AYB sıralarına qatılmaq istədiyini bildirən ərizə ilə qurumun rəhbərliyinə müraciət edib: “Biz də Şərif Ağayarın ərizəsinə baxıb qərara gəldik ki, onu yenidən Azərbaycan Yazıçılar Birliyinə üzv seçək”. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

1,474 oxunma |
Dek
26
Bölmə: Ədəbiyyat |
“Çoxdandır ki, sənə yazıb hər şeyi demək istəyirəm. Sənə boşuna ümid verib özümü də, səni də aldadıram. Əslində təzədən başlayıb əvvəlki sözləri təkrar etməyin də mənası yoxdur. Özün də bilirsən ki, xətrini nə qədər istəyirəm. Amma sənə ərə gəlməyə bu bəs eləmir. Bu iş mərhəmətlə-filan olan şey deyil.
Dayın arvadı bizimkilərə bir-iki aya qayıdacağını deyib. Hamı səni gözləyir. Desəm məndən başqa, üzülüb-eləmə. Yəni ki, ümidlə qayıdıb yox eşidəcəyini düşündükcə, daha bir-iki ay da orda qalıb unutmağını istəyirəm.
Ötən bir-iki görüşün xəyalına uyub özünü bədbəxt eləmə. Unut məni. Unut getsin… Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

318 oxunma |
Dek
26
Bölmə: Ədəbiyyat |
yağma həvəsi
göy dağlardan köç gələndə,
burax məni yorğun şəhər,
arabamın yedəyində
yorğa günün tüstüsü var.
daş binalar kurqan kimi,
yolların sinəsi yağır,
supermarket vitrinindən
yal oynadan ayğır baxır. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

171 oxunma |
Dek
26
Bölmə: Köşələr |
Qan Turalı
Qənimət Zahidlə həbs olunandan bir neçə gün əvvəl Azneft beydanındakı beton bayrağın altında rastlaşdıq. Qənimət bəyə mənə yenidən “Azadlıq”a yazmağı təklif etdi. Amma öz şərtini də dedi: “Nədən yazırsan yaz, amma Kamil Vəlidən yazma”. Qənimət Zahid az sonra həbsə atıldı. Kamil Vəlidən isə heç bir səs çıxmadı. Davamı…

Yazar:
Qan Turalı |
Göndər
|
Çap et
|

256 oxunma |
Dek
24
Bölmə: Ədəbiyyat |
(Qəşəm Nəcəfzadənin İranda cap olunmuş “Ölülər bizə gülür”kitabındakı şeirlər üzərinə)
Mən Qəşəm Nəcəfzadəni görməmişəm. Amma şeirləri ilə çoxdan tanışam.
Arada telefonda danşırıq. Ən maraqlısı odur ki, telefonda ön səsimizdən öncə (Qəşəm belə deyir) uşaqlarımızın səsi eşidilir. Bəli, bu, maraqlı faktdır. Təbrizdəki bir evlə Bakıda bir ev iç-içədir indi.
Qəşəm Muğan oğludur, yəni muğanlıdır. Bu torpağın böyük bir hissəsi Quzeydə, kiçik bir hissəsi Güneydədir. Onun mənə göndərdiyi şeirləri həm maraqla oxudum, həm də diqqətlə üzünü ərəb qrafikası ilə köçürdüm. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

303 oxunma |
Dek
24
Bölmə: Ədəbiyyat |
Fantastik
nə qədər ki,
körpələr doğulacaq
Allah bu günün işini
sabaha qoyacaq…
mollaların, keşişlərin xəbər verdiyi
axirət günü gəlmək bilməyəcək Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

150 oxunma |
Dek
22
Bölmə: Köşələr |
Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür. (B.S.)
Qərbin maşınında gəzib, Qərbin mobil telefonuyla danışıb, Qərbin televizoruna baxıb, Qərbin radiosunu dinləyib (Qərb dəyəndə qeyri-müsəlman dünyası nəzərdə tutulur), Qərbin kompüterində mətn yığıb, əyləncəli vaxt keçirib, Qərbin təyyarəsinə minib dünyanı gəzərək, Şərqin çox böyük bir mədəniyyətə sahib olduğunu demək, Quranda bütün elmi kəşflərə işarə vurulduğunu iddia etmək həyasızlıqdır. Davamı…

Yazar:
Seymur Baycan |
Göndər
|
Çap et
|

282 oxunma |
Dek
20
Bölmə: Ədəbiyyat |
your beauties
heç nə sadəcə
bir qadının saxta miqdarı
onu canlandırarmı, onu
gözdən düşməyimi də gözə almıram
bir qadının saxta miqdarı…
(həyatla iş anlaşmasımı) Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

198 oxunma |
Dek
20
Orxan Fikrətoğlunun Vaxtı artıq mənim əlimdədi. Hər işdən bir az vaxt qınqırdıb Onun Vaxtına ayırıram. İllərdi ki, çoxumuz kimi onun da vaxtı yoxdu. Tanrının bizə ədəbiyyat üçün ayırdığı vaxtı o da güzəranla jurnalistikanın arasında böldü. Ama Orxan da dünyaya ədəbiyyat nəfəri kimi gəlib. Ədəbiyyat media deyil və onun bir gözəlliyi də elə bundadı – bu orduda kapitanlar, generallar olmur – bir nəfər olur yalnızca – özü həm Ali Baş Komandandı, həm də sıravi sıra nəfəri. Ədəbiyyat təklərin ordusudu. Yazar yalquzaq kimidi. Davamı…

Yazar:
Admin |
Göndər
|
Çap et
|

542 oxunma |
Dek
19
Mən Əkrəm Əylisliyə rəğbətim olduğunu gizlətmirəm. Onun bir çox əsərlərini məmnuniyyətlə yenidən oxuyaram. Əkrəm müəllimin “Gilənar çiçəyinə dediklərim” əsərini oxumağı hamıya bir daha tövsiyə edirəm.
Açığı, Əkrəm Əylisli bizim ziyalı klişeləri ilə desək, qiymətini almış yazıçıdır. Xalq yazıçısı olub, Milli Məclisə deputat seçilib, əsərləri yüksək tirajlarla çap edilib və s. Kimsə deyə bilər ki, Əkrəm Əylisli istedadlıdır, ona görə də bütün bunlara onun haqqı çatırdı. Lakin bura Azərbaycandır. Davamı…

Yazar:
Qan Turalı |
Göndər
|
Çap et
|

356 oxunma |