Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |   
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 921
    Məqalələrin sayı: 768
    Fotoların sayı: 1029

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

World Summit Award müsabiqəsinin "Elektron elm" nominasiyası üzrə qalibi


NETTY Milli İnternet Müsabiqəsinin "Mədəniyyət" nominasiyası üzrə qalibi

 Stopkadr




 Bizimlə birgə







Ëàóğåàòû Íîáåëåâñêîé ïğåìèè â îáëàñòè ëèòåğàòóğû

Balayar Sadiq. Bənzərsiz poeziya
Hümmət Əlizadənin folklor nəşrləri
Qloballaşmanın doğurduğu yeni reallıqlar
Yuri Rıtxeu
LitKafe 
  Sonuncu Çukça: Auldan Fransua Mitteranadək




Əsas səhifə

................................................................
Harold Pinter. Tənha yolçu

Tarix: 07.01.09// Tərcümə: Xəyalə Məmmədova

Harold Pinter

   Yarıqaranlıq otaq. Otağın ortasında stul və qarşısında enli stol. Nikolas stulda oturub. O, stola tərəf əyilir və telefonu qaldırır.
   Nikolas. Onu içəri gətirin. (Arxaya söykənir. Qapı açılır. Viktor yavaş-yavaş içəri girir. Paltarı cırılıb. Onu möhkəm döyüblər. Arxadan qapı örtülür). Salam! Sabahın xeyir. Necəsən? Sən də mənim kimi alicənab adamsan. Otur. Bizə problem yaratma. (Viktor yavaş-yavaş oturur. Nikolas qalxır və ona tərəf gəlir). Səncə bu nədir? Bu mənim barmağımdır. Bu isə kiçik barmağım. Baş barmağımı sənin gözünün önündə yellədirəm. Bax belə. İndi həmin şeyi kiçik barmağımla edirəm. Eyni vaxtda ikisini də edə bilərəm. İstədiyimi edə bilərəm. Səncə dəliyəm? Ancaq anam elə fikirləşirdi ki, dəliyəm.

 .........................................................................................

Mark Tven. Aldadıcı oxşarlıq

Tarix: 06.01.09// Tərcümə: Ülvi Bünyadzadə

Mark Tven

   Bir neçə il əvvəl qatarla Nyu-York ştatındakı Salamanka vağzalına gəlmişdim. Oradan başqa bir qatarla uzaq səfərə getməliydim. Platformada çoxlu adam vardı və hamısı tamamilə dolu olan həmin qatara minməyə cəhd edirdilər. Kassadakı gəncdən mənə bir bilet verməsini xahiş etdim, o isə "yoxdur", - deyə cavab verdi. Oradan aralandım və qarşıdan gələn bir yerli məmurdan o qatarda bir bilet əldə etməyimə kömək göstərməsini xahiş etdikdə o, mənim sözümü kəsərək qəzəblə dedi: "Mümkün deyil, hər künc-bucağı doludur, bir də məni narahat etmə". O, arxasını mənə tərəf çevirib çıxıb getdi. Mən özümü elə təhqir olunmuş hesab etdim ki, yol yoldaşıma dedim: "Mənim kim olduğumu bilsəydilər bunlar...".

 .........................................................................................

Emil Zolya. Təcrübə romanı

Tarix: 05.01.09// Tərcümə: Hamlet Qoca

Emil Zolya

   Bəli, roman haqda yeni bir söhbət açdıqda belə bir cəhət də nəzərə çarpır ki, romançı müşahidəçi ilə təcrübəçinin birliyindən yoğrulmuş bir sənətkardır. Onun müşahidəçiliyi olayları gördüyü kimi təqdim etməkdir, o başlanğıc nöqtəsi yaradır, obrazların hərəkət edəcəyi, hadisələrin inkişaf edəcəyi meydanı qurur. Sonra təcrübəçi gəlir və təcrübəyə başlayır, demək istəyirəm ki, hadisələri mövzunun və məqsədin tələb etdiyi istiqamətdə inkişaf etdirmək üçün obrazları hərəkətə gətirir. Bu təcrübə Klod Bernarın (bioloq, həkim. H. Q. ) adlandırdığı kimi "Görmək üçün" aparılan təcrübədir. Romançı həqiqət axtarışındadır.

 .........................................................................................

Mixail Zoşenko. İnzibati qaydada heyrət

Tarix: 04.01.09// Tərcümə: Vüqar Əlisoy

Mixail Zoşenko

   Sizə çox maraqlı bir şəxsiyyətdən danışmaq istəyirəm-rəisdən. Amma heyif ki, bu şəxsiyyətin hansı şəhərdə mövcud olması yadımda deyil. Yadımdadır ki, nə vaxtsa Xarkovda çıxan qəzetlərin birində onun haqqında balaca bir məqalə oxumuşdum. Di gəl ki şəhərin adını unutmuşam-huşum qalmıyıb ki... Hər nəisə, olsun elə Xarkov ətrafı. Bir də ki, bu elə sən deyən vacib məsələ deyil-xalq öz qəhrəmanını özü tanıyacaq. Elə bəlkə də tanıdılar-soyadı Drojkindi. 
   Deməli belə, hər şey, ortabab bir şəhərdə, hətta şəhər də yox, insafən desək, balaca bir yerdə, özü də bazar günü baş verir. Təsəvvürünüzə gətirin ki yazdır, havalar təzə-təzə isinir. Bir sözlə təbiət artıq oyanır, otlar da yavaş-yavaş göyərməyə başlayır.

 .........................................................................................

Andrey Platonov. Torpaqda çiçək

Tarix: 03.01.09// Tərcümə: İntiqam Mehdizadə

Andrey Platonov

    Yaşamaq Afonya üçün darıxdırıcıdır. Ata müharibədə, ana səhərdən axşamacan kolxozun süd fermasında işləməyində, babası Titsə sobanın üstündə yatmağında. Gündüz də yatır, gecə də yatır, səhərlər oyanıb südlü sıyığı yeyən kimi təzədən mürgüləyir. - Baba, daha yatma da, nə olar, sən axı yatıb doymusan - bu sabah Afonya babasına dedi.
- Yaxşı, Afonyam mənim, daha yatmaram. Uzanıb eləcə sənə baxacam.
- Onda bəs niyə gözlərini yumursan, mənimlə kəlmə kəsmirsən?
- Daha gözümü yummayacam, - baba söz verdi. - Başlayacam işığa baxmağa.
- Niyə sən elə hey yatırsan, amma mənim yuxum gəlmir?
- Yaşım çoxdur, quzum... Doxsanıma üç il qalıb, gözlərim öz-özünə qapanır.

 .........................................................................................

Təcnislər

 Tarix: 02.01.09// Yazar: Bəxtiyar Hidayət

Bəxtiyar Hidayət

Yüz məna vermişəm hər sətirə mən.
Bir gör, mürəkkəbi, adisi nədir.
Yazmaram hər təcnis, hər satira mən,
Olar sözlərimin adisi nadir.

Olmur ki həyatda bahadır hamı,
Yığa baş altına baha dirhəmi.
Bilir ki, hər sözüm bahadır-hamı,
Marağım hər şeyin adisinədir.

 .........................................................................................

Quş və daş

 Tarix: 01.01.09// Yazar: Alov

Alov

    Qırx gün qırx gecə idi ki, şəhər əhalisi ölən padşahları üçün göz yaşı axıdırdılar. Daha bəs idi, yeni padşah seçməyin zamanı gəlib çatmışdı.
    Ölkədə belə bir adət vardı, yeni padşah seçmək üçün şahlıq quşu uçurdardılar, quş da kimin başına qonardısa şah o olardı. Sabah şahlıq quşu uçurulacaqdı, vəzirlə vəkil, sarayda narahat-narahat gəzişir, gələcək şahın necə bir adam olacağı barədə həyəcanla düşünürdülər. Adamların içindən ən cəsarətli, qorxmaz, müdrik, mərd olanı şah seçilməliydi, amma şahlıq quşu beləsini hardan tanıyacaqdı ki...

 .........................................................................................

2008-ci ildə ədəbiyyat dünyasının yaddaqalan hadisələri

Tarix: 30.12.08// Hazırladı: Elşən Çingiz

2008-ci ilin yekunları    Başa vurduğumuz 2008-ci il əhəmiyyətli ədəbi hadisələrlə də yadda qaldı. Oxucularımızı cari ildə ədəbiyyat aləmində baş verən hadisələrlə tanış etmək istərdik:
   4 yanvar- İngilis yazıçısı Ketrin O'Flinn (Catherine O'Flynn) "2007-ci ilin ən yaxşı debüt romanı"na görə Böyük Britaniyanın nüfuzlu ədəbiyyat mükafatlarından birinə-Kosta mükafatına layiq görüldü. Xatırladaq ki, "Kosta" ədəbiyyat mükafatı (əvvəllər Uitbred mükafatı-Whitbread Award) 5 nominasiyada verilir: "Ən yaxşı ilk roman", "Ən yaxşı roman", "Ən yaxşı nəzm əsəri", "Ən yaxşı uşaq kitabı" və "Ən yaxşı memuarlar". Bu il sonuncu nomunasiyanın qalibi "Gənc Stalin" əsərinin müəllifi Saymon Sibeq Montefori olub.

 .........................................................................................

Lidiya İvanovnanın qəyyumları

 Tarix: 29.12.08// Yazar: Kamran Nəzirli

Kamran Nəzirli

   Pəncərə şüşələri soyuq tər damcılarına bürünmüşdü və bu damcılar üzüaşağı süzüldükcə bayaqdan bəri qaz plitəsinin üstündə pıqqıldayan çaynik Lidiya İvanovnanın yadına düşmürdü. Onun işığı öləzimiş, lakin bicliyini hələ də itirməmiş yaşıl gözlərini divardakı kətan parça üzərində çəkilmiş rəsmdən elə bil asmışdılar. Lidiya İvanovna bu şəkli sanki ilk dəfəydi görürdü; o, gah məftunedici nəzərlərini çərçivəyə salınmış rəsmin üzərində gəzdirir, gah da pəncərə şüşəsindən üzüaşağı süzülən tər damcılarına pərişan-pərişan baxırdı; bu saat onun yadına yenə uzaq keçmişinin xatirələri düşürdü; o xatirələr ki, dünəndən bəri qarını əsir-yesir etmişdi; ona gah xəfif fərəh dolu göz yaşları bəxş edir...

 .........................................................................................

Kök atmaq istəyi

 Tarix: 28.12.08// Yazar: Rövzət Dəmirçizadə

Rövzət Dəmirçizadə         Birinin  həyatı sevinclə dolu,
         Birinin bəxtinə qara gün düşər.
         Bəs harda görünüb,bir xalq qovulub
         Min illik yurdundan didərgin düşə?

Qarlı aşırımı min əziyyətlə
Aşdı,ürəyində açılmadı yaz.
Südlə yazsan belə,bu qədər dərdlə
Yurdsuzu ağgünlü eləmək olmaz.

 .........................................................................................

   Faydalı İnternet ehtiyatları

Mədəniyyət saytı                              "Bizimki" elektron jurnalı
www.kultaz.com                                           www.bizimki.org

çap versiyası  
poçtla göndər
© Lit.az             

Yanvar     

Be.Ça.Ç.C.aC.Ş.B.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31

  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...


  Diqqət! Elektron aprobasiya

Ali_Attestasiya_KomissiyasıHumanitar və ictimai
elmlər üzrə doktorluq və namizədlik dissertasiyası
müdafiə etməyə hazırlaşan
iddiaçıların nəzərinə:
Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq
Doris Lessinq:

Orxan Pamuk
Orxan Pamuk:

Murakami Haruki
Haruki Murakami:

Qabriel Qarsiya Markes
Qabriel Qarsiya Markes:

Umberto Eko
Umberto Eko:

Fransuaza Saqan

   Copyright © 2007-2009, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Number for Lit.az

ISSN 3093-78-2007