Reklam verin!

2 SAYLI KİTABXADA GÖRÜŞ

  Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin nəzdində fəaliyyət göstərən “Turan” ədəi məclisinin bir qrup üzvü ilə noyabrın 2 – də Sumqayıtdakı 2 saylı kitabxada görüş keçirilmışdir.
Şairlərdən Zirəddin Qafarlı, Füzuli Sabiroğlu, Süleyman Hüseynov, Asif Asiman, Nisə Qədirova, Rəfiqə Şəms yeni şeirlərini oxumuş və oxucuları maraqlandıran suallara cavab vermişlər.
Sonda kitabxananın müdiri Ofelya Məmmədova səmimi görüş üçün şairlərə oxucular adından  təşəkkürünü  bildirmişdir.

BƏDİİ – QİRAƏT MÜSABIQƏSİ

AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARANMASININ

90 İLLİYİ MÜNASIBƏTİ  İLƏ     

BƏDİİ – QİRAƏT MÜSABIQƏSİ

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsi, Şəhər Təhsil  şöbəsi və Gənclər İdman Baş İdarəsi    Uşaq və Yeniyetmələrin  Yaradıcılıq Mərkəzində  şəhərin orta  ümumtəhsil məktəbləri arasında Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş bədii – qiraət müsabiqəsi keçirmişdir.
         Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin  və münsiflər heyətinin sədri Sabir Sarvan çıxış edərək ADR -in 90 illik yubileyi münasibəti ilə iştirakçıları təbrik etmiş, bədii – qiraət  müsabiqəsinin iştirakçılarına uğurlar arzulamışdır.Daha sonra 47 orta ümumtəhsil məktəbini təmsil edən 58 məktəbli görkəmli şairlərimizin vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazdıqları şeirləri söyləmişlər.
        Münsiflər heyətinin qərarına əsasən 5 saylı məktəbin 11 - ci sinif şagirdi Etibar Nəsirov və 37 saylı məktəbin 10 - cu sinif şagirdi Vüsalə Eminli  eyni bal topladıqlarına görə hər ikisi  1 - ci yerə, 19 saylı məktəbin  6 - ci sinif şagirdi Elşən Şadmanlı  və  22  saylı  məktəbin  7 - ci  sinif  şagirdi  Gülnar  Cavadova  2 - ci   yerə,
30 saylı məktəbin 8 - ci sinif şagirdi Firuzə Yusifova, 8 saylı məktəbin 8 - ci sinif şagirdi Bikəxanım Bağırzadə və 18 saylı  məktəbin 9 - cu  sinif  şagirdi  Gülnar   Məmmədova 3 - cü yerə layiq görülmüşlər.

POEZİYA GÜNÜ

21  mart Beynəlxalq Poeziya  günü münasibətilə   Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi şəhər təhsil şöbəsi və şəhər Gənclər  İdman Baş İdarəsi ilə  birlikdə sumqayıtlı məktəblilərin  ilk qələm təcrübələrindən  nümunələr toplanmış “Qanadlandıq uçmağa” adlı almanaxın yeni, 9 – cu nəşrinin təqdimat mərasimini keçirdi.
   Tədbiri şəhər təhsil şöbəsinin nümayəndəsi Sabir Məmmədov açaraq Poeziya bayramı münasibəti ilə şairləri  təbrik etdi. Sonra məktəblilər öz şeirlərini oxudular.
     Şairlərdən Mir Sabir, Qənirə Mehdixanlı,Rafiq Yusifoğlu, Qəhrəman Tovuzlu, Süleyman Hüseynov, Məmməd Namaz,Füzuli Sabiroğlu, Zirəddin Qafarlı, Məqsəd Şiştəpəli, Rafiq Dağkəsəmənli, Nazilə Gültac, Zakir Zahir, Xürrəm Qafanlı, Rəfiqə Şəms, Nisə Qədirova, Feyziyyə Hacızadə, Arif Mirmehdinin oxuduğu şeirlər məclisə bayram ovqatı gətirdi.
     Sonda AYB Sumqayıt Bölməsinin sədri Sabir Sarvan bayram  münasibətilə Sumqayıt ədəbi mühitinin nümayəndələrini bir daha təbrik etdi, kitabın araya – ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi, yazarlara yaradıcılıq uğurları arzuladı.

YUBİLEY

      Azərbaycan Yazıçılar Birliyinin   və Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölmələrinin təşəbbüsü ilə   AYB uzvü, şair – jurnalist  Mədaxil Cavadlının 50 illik yubileyi qeyd olunmuşdur.
   Şairin qələm dostları və iş yoldaşları Mədaxil Cavadlının  şeirlərindən və bir insan kimi  məziyyətlərindən söhbət açaraq onu təbrik etmişlər.
    Sonda Mədaxil Cavadlı onun haqqında deyilən xoş sözlərə görə məclis üzvlərinə öz təşəkkürünü bildirmişdir.

XATİRƏ GECƏSİ

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin və şəhərdəki H.Z.Tağıyev adina 7 saylı Uşaq kitabxanasının təşəbbüsü ilə    mərhum şairə Almaz Mehmanlının xatirəsinə həsr olunmuş  “Məni tapa bilsən” adlı gecə keçirilmişdir.
    Gecədə Almaz xanımın şair dostları Füzuli Sabiroğlu,AYB Sumqayıt bölməsinin nəzdində fəaliyyət göstərən  “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli,Ə.Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı, veteran kitabxanaçı Svetlana Ağayeva, şəhər Mədəniyyət və Turizm idarəsinin  işçisi Ceyran Axundova, bir vaxtlar onunla çiyin – çiyinə  çalışan iş yoldaşları, ailə üzvləri, rəhbəri olduğu H.Z.Tağıyev adına  kitabxananın oxucuları çıxış edərək mərhum haqqında ürək sözlərini söyləmiş, onunla bağlı xatirələrini danışmışlar.
     Gecədə həmçinin Almaz Mehmanlının şeirləri səslənmişdir

BƏDİİ – QİRAƏT MÜSABIQƏSİ

Azərbaycan Yazıçılar   Birliyinin Sumqayıt Bölməsi Səməd Vurğun adına Mərkəzi kitabxana ilə birlikda Mikayıl Müşfiqin şeirlərinin bədii – qiraət müsabiqəsini keçirmişdir.Şairin 100 illiyi ilə bağlı şəhərdəki kitabxanaların oxucuları arasında keçirilən müsabiqədə I yeri Vüsalə Eminli (Mərkəzi kitabxana), II yerləri Şahanə Hüseynova (10 saylı kitabxana) və Səidə Həmidova (5 saylı kitabxana),III yerləri Ümid Abbaszadə (16 saylı kitabxana), Elvin Əlizadə (Mərkəzi kitabxana) və Sarıtel Novruzova (4 saylı kitabxana) tutmuşlar.Qaliblər fəxri – fərmanlar və kitablarla mükafatlandırılmışlar.


  Yazılar cəmi: 6