AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARANMASININ
90 İLLİYİ MÜNASIBƏTİ İLƏ
BƏDİİ – QİRAƏT MÜSABIQƏSİ
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsi, Şəhər Təhsil şöbəsi və Gənclər İdman Baş İdarəsi Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində şəhərin orta ümumtəhsil məktəbləri arasında Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş bədii – qiraət müsabiqəsi keçirmişdir.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin və münsiflər heyətinin sədri Sabir Sarvan çıxış edərək ADR -in 90 illik yubileyi münasibəti ilə iştirakçıları təbrik etmiş, bədii – qiraət müsabiqəsinin iştirakçılarına uğurlar arzulamışdır.Daha sonra 47 orta ümumtəhsil məktəbini təmsil edən 58 məktəbli görkəmli şairlərimizin vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazdıqları şeirləri söyləmişlər.
Münsiflər heyətinin qərarına əsasən 5 saylı məktəbin 11 - ci sinif şagirdi Etibar Nəsirov və 37 saylı məktəbin 10 - cu sinif şagirdi Vüsalə Eminli eyni bal topladıqlarına görə hər ikisi 1 - ci yerə, 19 saylı məktəbin 6 - ci sinif şagirdi Elşən Şadmanlı və 22 saylı məktəbin 7 - ci sinif şagirdi Gülnar Cavadova 2 - ci yerə,
30 saylı məktəbin 8 - ci sinif şagirdi Firuzə Yusifova, 8 saylı məktəbin 8 - ci sinif şagirdi Bikəxanım Bağırzadə və 18 saylı məktəbin 9 - cu sinif şagirdi Gülnar Məmmədova 3 - cü yerə layiq görülmüşlər.
Açar sözlər:
Tədbiri şəhər təhsil şöbəsinin nümayəndəsi Sabir Məmmədov açaraq Poeziya bayramı münasibəti ilə şairləri təbrik etdi. Sonra məktəblilər öz şeirlərini oxudular.
Şairlərdən Mir Sabir, Qənirə Mehdixanlı,Rafiq Yusifoğlu, Qəhrəman Tovuzlu, Süleyman Hüseynov, Məmməd Namaz,Füzuli Sabiroğlu, Zirəddin Qafarlı, Məqsəd Şiştəpəli, Rafiq Dağkəsəmənli, Nazilə Gültac, Zakir Zahir, Xürrəm Qafanlı, Rəfiqə Şəms, Nisə Qədirova, Feyziyyə Hacızadə, Arif Mirmehdinin oxuduğu şeirlər məclisə bayram ovqatı gətirdi.
Açar sözlər:
Şairin qələm dostları və iş yoldaşları Mədaxil Cavadlının şeirlərindən və bir insan kimi məziyyətlərindən söhbət açaraq onu təbrik etmişlər.
Açar sözlər:
Gecədə Almaz xanımın şair dostları Füzuli Sabiroğlu,AYB Sumqayıt bölməsinin nəzdində fəaliyyət göstərən “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Fərəcli,Ə.Kərim adına Poeziya klubunun direktoru İbrahim İlyaslı, veteran kitabxanaçı Svetlana Ağayeva, şəhər Mədəniyyət və Turizm idarəsinin işçisi Ceyran Axundova, bir vaxtlar onunla çiyin – çiyinə çalışan iş yoldaşları, ailə üzvləri, rəhbəri olduğu H.Z.Tağıyev adına kitabxananın oxucuları çıxış edərək mərhum haqqında ürək sözlərini söyləmiş, onunla bağlı xatirələrini danışmışlar.
Gecədə həmçinin Almaz Mehmanlının şeirləri səslənmişdir
Açar sözlər:
Açar sözlər:
